Gizlilik siyasəti
One Box MMC
Müştərilərin təqdim etdikləri şəxsi məlumatlar One Box MMC (bundan sonra “Şirkət” adlanacaq) tərəfindən qorunur.
Şirkət aşağıdakı məqsədlərlə müştərilərinə aid fərdi məlumatların işlənilməsini həyata keçirir:
- Şirkət ilə Müştəri arasında bağlanmış müqavilənin icrası, o cümlədən Müştərinin sifarişlərinin işlənilməsi və çatdırılması;
- Şirkət tərəfindən reklam aksiyalarının keçirilməsi;
- Həyata keçiriləcək kampaniyalar haqqında Müştərinin əvvəlcədən xəbərdar olması;
Müştərilərin fərdi məlumatları Şirkət tərəfindən aşağıdakı vasitələrlə əldə olunur:
- Müştərinin Şirkətin www.onebox.az elektron saytında qeydiyyatdan keçməsi vasitəsilə.
- Müştəri Şirkətin www.onebox.az elektron saytındakı vasitələrdən istifadə etməklə, malların sifarişini həyata keçirdikdə.
- Azərbaycan Respublikasının qanunvericiliyinə və fərdi məlumatların qorunması haqqında beynəlxalq qanunvericiliyin tələblərinə zidd olmayan digər üsullarla.
Şirkətin üzərinə götürdüyü öhdəliklər aşağıdakılardır
şəxsi məlumatların təhlükəsizliyin təmin edilməsinə dair bütün texniki tədbirlərin görülməsi.
istifadəçinin şəxsi məlumatlarını onun icazəsi olmadan üçüncü tərəfə təqdim etməməsi.
Şirkət aşağıdakı hallarda Müştəri haqqında məlumata dair məsuliyyətdən azad olunur:
- Məlumat itirilənə və ya açıqlanana qədər ictimailəşdirilmişdirsə.
- Şirkət tərəfindən alındığı ana qədər üçüncü tərəfdən alınmışdırsa.
- Müştərinin razılığı ilə açıqlanmışdırsa.
- Müştəri Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır. Əgər Qeydiyyat formasında tələb edilən məlumatlara natamam və ya yalan cavab verilsə, nəticə etibarı ilə, müştəriyə göstərilən xidmətin dayandırılmasına və ya xidmətin tamamilə sonlandırılmasına gətirib çıxarda bilər bilər.
Şirkət Müştəri qarşısında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.