Sifariş şərtləri
Sizin üçün sifariş etdiyiniz məhsulların Azərbaycana gətirilməsinin iki yolunu təklif edirik.
Siz sifariş edirisiniz, biz çatdırırıq. One Box saytında qeydiyyatdan keçəndən sonra sizə anbarımızın ünvanı veriləcək. Xarici saytlarda alış-veriş edib, ünvan bölməsində One Box anbarının ünvanını qeyd edirsiniz. Sifarişiniz One Box anbarına çatdırıldıqdan sonra Azərbaycana göndəriləcək .
Məhsulu sizin əvəzinizə sifariş edirik və Azərbaycana çatdırırıq.Əgər hər hansı bir səbəbdən məhsulu əldə etməkdə çətinlik çəkirsinizsə, bizə müraciət edin. Məhsulu sizin yerinizə əldə edib, Azərbaycana göndərəcəyik. Bu halda, məhsulların və çatdırılmanın ödənişini kart vasitəsilə şirkətimizə köçürəcəksiniz. Buna görə əlavə xidmət haqqı 5% təşkil edəcək. Məhsulu təcili sifariş etmək istəyirsinizsə, təcili sifariş xidmətimizdən yararlana bilərsiniz. Bu halda sifarişiniz adi növbədən çıxarılacaq və qısa zamanda (15-30 dəq.) yerinə yetiriləcək.
Bağlama anbarımıza çatdırıldıqdan sonra, sifarişinizin izləmə nömrəsi təyin olunacaq. Bu nömrə ilə sifarişinizin harada olduğunu öyrənə biləsiniz. Məhsulunuz anbarımıza çatdırıldıqdan 5-7 gün ərzində sonra Azərbaycana göndərilir.
Məhsulların və xidmətlərin ödənişini aşağıdakı üsullarla həyata keçirə bilərsiniz:
Sifariş etdiyiniz məhsulun keyfiyyətinə, orijinallığına, anbarda olub-olmamasına görə, məhsulun ölçüsünün, rənginin, çeşidinin və s. səhv gəlməsinə görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Sifarişinizdən narazısınızsa, birbaşa satıcı şirkət ilə əlaqə saxlayın. Sifarişlərin yerinə yetirilməsi məhsulların ödənişinin həyata keçirilməsindən asılıdır. Səbətdə olan məhsullar ümumi ödənilsə, sifariş etdiyiniz məhsullar eyni vaxtda, bir yerdə yerinə yetiriləcək. Sifarişinizin yerinə yetirilməsi ilə hər hansı bir problem yarandıqda sizə SMS və ye e-mail vasitəsi ilə bildiriş gələcək.
Xahiş edirik, məhsulları sifariş edərkən diqqətli olun. Aşağıdakı məhsul kateqoriyalarından başqa hər hansı bir məhsulun çatdırılmasını həyata keçiririk:
- Azərbaycan Respublikasına idxalı qadağan olunmuş məhsullar
- Heyvanlar və bitkilər
- İnsan orqanları və toxumaları
- Ölkə ərazisindən ixrac üçün qadağan olunmuş məhsullar
- Mobil telefonlar
- Qiymətli daşlar və metallar, zərgərlik əşyaları
- İntim məhsullar
- Pul və poçt markalarının çapı üçün avadanlıq
- Banknotlar, pullar, səyahət çekləri
- Həkk olunmuş gerb ilə orijinal sənədlər
- Terrorizmi və zorakılığı təbliğ edən məhsullar
- Partlayıcı, alışan, zəhərli, toksikoloji, bioloji, yoluxucu və radioaktiv maddələr
- Сivə, kimyəvi maddələr və turşular
- Tez xarab olan məhsullar
- Parfüm
- Qida və tütün məhsulları
- Narkotik vasitələr və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar
- Soyuq, odlu silah və sursat
- Batareyalar və amortizatorlar
- Quru Şampun
- Böyük həcmli akkumlyator tərkibli məhsullar
- Tərkibində maqnit olan məhsullar
- Spreylər və dezodrantlar
- Maskalar və dezinfeksiya məhsulları
Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (avia reyslərin gecikməsi, gömrük yoxlamaları və s.) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və bu hal sifarişdən imtina üçün əsas sayıla bilməz. Sifariş olunan məhsul sınan əşyadırsa, həmin bağlama təhvil alınarkən sifarişçi tərəfindən açılmalı və əşyanın vəziyyəti yoxlanılmalıdır. Sifarişçi bağlamanın açılmasını arzu etməzsə, o zaman gələcəkdə bu barədə yaranacaq problemlərə görə “Daşıyıcı” məsuliyyətdən azad ediləcək. “Daşıyıcı”nın ofisində və ya “Daşıyıcı”nın hər hansı rəsmi təmsilçisinin yanında açılıb yoxlanmamış məhsulda sonradan zədə və ya qüsur olduğu bildirilərsə, buna görə “Daşıyıcı” heç bir halda məsuliyyət daşımır.
Sifariş olunan bağlamanın anbardan təhvil alınması barədə “Daşıyıcı” tərəfindən sifarişçiyə məlumat verildiyi andan etibarən, bağlama 2 (iki) ay ərzində təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir. Sifariş olunan bağlamanın “Daşıyıcı”nın anbarına daxil olması barədə sifarişçiyə məlumat verildiyi andan etibarən 7 (yeddi) təqvim günü ərzində sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.
Sifarişçinin yükü gömrük orqanı tərəfindən saxlandıqda “Daşıyıcı” bu barədə sifarişçiyə məlumat verir. Sifarişçi gömrükdə saxlanmış bağlamasını özü götürmək istədikdə, “Daşıyıcı”ya bağlamanın daşınma haqqını ödəyir. “Daşıyıcı” isə öz növbəsində sifarişçiyə bağlamanı təhvil alması üçün gömrük orqanı tərəfindən verilmiş barkod təqdim edir. Sifarişçi bu barkod əsasında bağlamasını Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirir və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək yükünü təhvil alır