Tez-tez verilən suallar

Sifariş zamanı sizi ən çox maraqlandıran sualları cavabladıq.

Bizim üstünlüklərimiz

"Mənim üçün Sifariş Et" xidməti.
OneBox şirkəti bağlamaların poçt ilə Azərbaycanda istənilən ünvana çatdırılmasını həyata keçirir.
Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması.
Ödənişsiz kuryer xidməti.

Adi və mayə məhsullar arasında fərq qoymuruq
Minimal çatdırılma tarifləri $1-dan başlayan qiymətlər.
Sürətli çatdırılma xidməti.
Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi.
Operativ müştəri xidmətləri.

Necə işləyir?


Onebox.az - da qeydiyyatdan keçin

Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.

 

Sifarişi ünvana göndərin

Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.

 

Bağlamanızı təhvil alın

Anbarımıza təhvil verilmiş məhsulu 3-5 iş günü ərzində Azərbaycana çatdırırıq.

Çatdırılma haqqı hansı üsulla hesablanır?
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:
1. Fiziki çəki 
2. Həcm çəkisi 
Bağlamaların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduğuna görə), əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir.

Məhsulların çatdırılma ödənişi tariflərə uyğun, çəkidən asılı olaraq hesablanır. Əgər sifarişinizin ölçüsü 80 santimetrdən çox olarsa, tarifin hesablanması üçün həcm çəkisi tətbiq olunacaq. Türkiyədən gələn və ölçüsü 80 santimetrdən çox olan məhsulların çatdırılma dəyəri aşağıdakı üsulla hesablanır:

En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)
Sizə 5% ödəmişəm bağlamam niyə xarici anbarda deyil?

"Sifariş et" xidməti zamanı ödənilən komissiya yalnız xarici ölkənin (Türkiyə) "Sanal Pos" xidmətinin bank komissiyasın əhatə edir.

Sifarişim neçə gün ərzində çatdırılır?

Əksər hallarda çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Adətən malların anbarımıza çatdırılması 3 gündən 15 günə qədər vaxt tələb edir. Çatdırılma vaxtı həftə sonları və tətil səbəbindən arta bilər. Sifariş verdiyiniz mallar anbarımıza çatdırıldıqdan sonra, 3 - 10 gün ərzində Azərbaycana göndəriləcək.

Ünvan və iş saatlarımız

Ünvan: Bakı şəhəri., Nəsimi rayonu, Süleyman Rəhimov küç., 179A

İş saatları:
Müştəri xidmətləri, Anbar və Mənim üçün Sifariş Et xidməti:

Bazar ertəsi - Cümə:                       10:00 - 19:00
Şənbə:                                            10:00 - 18:00

 

Bağlamanın daşınma haqqının ödəmə üsulları

Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Onebox.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.

Başqa bir şəxs Sizin bağlamanı necə təhvil ala bilər?

Əgər Siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə Sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün Siz saytımızda hesabınıza daxil olub, şəxsi hesabda "Etibarnamələr" bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs Sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə verməkdə say limiti yoxdur. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.

Daşınması qadağan olan məhsullar

Daşınması qadağan olan məhsullar:

  • Dezodorantlar, spreylər.

  • Parfüm

  • Quru şampun.

  • Dərman

  • Tibbi maska və dezinfeksiya məhsulları

  • Tərkibində maqnit olan məhsullar

  • Mobil telefonlar.

  • Müxtəlif növ batareyalar, powerbank-lar.

  • Qida və tütün məhsulları.

  • Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )

  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.

  • Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.

  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.

  • Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.

  • Canlı heyvanlar.

  • Bitki və toxumlar.

  • Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.

  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.

  • Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.

  • Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.

  • Pul əskinasları, sikkələr.

  • Akkumulyatorlar.

  • Batareyalar.

  • Mühərriklər.

  • Hover Board skuterlər.

  • Maşın yağları və maşın yağının olduğu bütün mallar.

  • Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.

  • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.

  • Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.

  • Türkiyədən sənət əsərləri, müxtəlif  sənədlər.

300 dollar limiti nədir?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!

"Mənim üçün Sifariş Et" xidmətinin detalları nədir?

Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik.  Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.

Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı bu linkdən əldə edə bilərsiniz:

 

İzləmə nömrəsi ( "Tracking number") nədir?

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün  UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. 
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

Onlayn kuryer sifarişi

“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.⁣⁣

Kuryer sifarişini Onebox.az saytına daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Onebox.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.⁣⁣

Bağlamalarınızı 24 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamaların daşınma haqqını və kuryer ödənişini istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.

Bütün bölgələrə poçtla çatdırılma xidməti

Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama Bakı ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və nəzərinizə çatdırırıq ki, poçt tariflərini dövlət poçtunun özü təyin edir.  Daşınma haqqı ödənilməli müştərinin hər hansı bir borcu olmamalıdır.  Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir. Yuxarıda yazılan şərtlər tamamlandıqdan sonra bağlamanızın poçtla çatdırılması üçün zəhmət olmasa, müştəri kodunu, ad, soyad, rayon, poçt indeksi, təhvil alacaq şəxsin adını və əlaqə nömrəsini bizə təqdim etmək lazımdır.
Poçt sifarişi etmək üçün bizə e-mail vasitəsilə yaza  bilərsiniz.⁣

Sayt Azərbaycan kartlarını qəbul etmir. Sifarişi necə edə bilərəm?

Məhsulu xarici saytdan əldə edə bilmirsinizsə, sizə kömək edə bilərik. Məhsulun linkini göndərin, bank kartınızdan istifadə edərək pulları köçürün, istədiyiniz məhsulu sizin əvəzinizə sifariş edib çatdıracağıq. (Türkiyə)

Ödənişsiz sığortalama xidmətinin qaydaları

Biz Türkiyə anbarımıza daxil olan bütün zədə görməyən bağlamaları ödənişsiz olaraq sığortalayırıq.

Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq.

Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.

 
Bağlamam niyə sistemə əlavə edilməyib?

- Bağlamalar 1 gün - 3 gün ərzində sistemə əlavə edilir - Bağlamanın üzərində satıcı mağaza ad/soyad qeyd etməyibsə bu halda (24 saat keçəndən sonra) bağlama haqqında tam dolğun məlumat daşıyıcıya əlaqə kanalları (e-mail: [email protected]) üzərindən məlumat göndərilməlidir. Dolğun məlumat: Sifariş nömrəsi, Takip (gonderi) nömrəsi, İsraliyye (sevk) nömrəsi, Məhsulun screenshot-u. Bağlamanın tapılmasına 7 (yeddi) iş günü vaxt verilir. Bağlama tapılmasa, satıcı şirkətdən imzalanmış təhvil-təslim sənədi tələb edilməlidir.